Tailandda hərbi təyyarə qəzaya uğrayıb, 2 pilot ölüb
29 Yanvar 2026 09:15   Paylaş

Tailandda hərbi təyyarə qəzaya uğrayıb, nəticədə iki pilot həyatını itirib.

"Stabil.az" Tailand mediasına istinadla xəbər verir ki, hadisə Çianq May bölgəsində baş verib. Qəza ABŞ istehsalı olan AT-6 tipli hərbi təyyarə ilə qeydə alınıb. İlkin məlumata görə, təyyarəni idarə edən hər iki pilot ölüb.

Qeyd edək ki, Tailand 2021-ci ildə ABŞ istehsalı olan AT-6 tipli təyyarələrin alınması ilə bağlı müqavilə imzalayıb. Bu tip təyyarələr 2024-cü ildən etibarən Tailand Hərbi Hava Qüvvələrinin istismarına verilib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol