Tailandda ekstremal istilər: hava temperaturu 50 dərəcəni keçib
Son üç həftə ərzində Tailandda hava temperaturu bəzi bölgələrdə 50 dərəcəni keçib.
"Stabil.az" xarici KİV-ə istinadən xəbər verir ki, istilərdən ən çox paytaxt Banqkok təsirlənir. Rəsmi qurumlar əhaliyə günəş şüalarından qorunmağı və xüsusilə günün isti saatlarında evdən çıxmamağı tövsiyə edir. Şəhər rəhbərliyi əhali üçün 300-dən çox pulsuz sərinləmə mərkəzi yaradıb. Kitabxanalarda, məktəblərdə və digər kondisionerli obyektlərdə qurulan sərinləmə mərkəzlərindən on minlərlə insan yararlanıb.
Qeyd edək ki, iqlim dəyişikliyi fonunda regionda belə ekstremal istilər getdikcə daha çox müşahidə olunur.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





