Tacikistanın Baş naziri Zəfər parkını ziyarət edib
Tacikistanın Baş naziri Koxir Rasulzoda sentyabrın 24-də Bakıda Zəfər parkını ziyarət edib.
"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, burada qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Tacikistanın Baş naziri Zəfər abidəsinin önünə əklil qoyub.
Qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.


Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





