Tacikistanın Baş naziri Fəxri xiyabanı ziyarət edib
25 Sentyabr 2026 11:38   Paylaş

Azərbaycanda səfərdə olan Tacikistanın Baş naziri Koxir Rasulzoda Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarını ziyarət edib.

"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, Ümummilli Liderin abidəsi önünə əklil qoyulub, gül dəstələri düzülüb, əziz xatirəsinə dərin ehtiram ifadə olunub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın, tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarları da ziyarət edilib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol