Tacikistan səfiri “ASAN xidmət” təcrübəsini ölkəsində tətbiq etməyi maraqlı hesab edib
23 Yanvar 2026 11:05   23 Jan 2026 12:00 Paylaş

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Tacikistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İlxom Abduraxmon ilə görüşüb.

"Stabil.az" Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, görüş zamanı qonaqlara Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış “ASAN xidmət” mərkəzləri və dövlət xidmətlərində tətbiq olunan innovativ həllər barədə məlumat verilib. Bildirilib ki, hazırda Azərbaycanın intellektual brendi 30-dan çox ölkə ilə əməkdaşlıq çərçivəsində ixrac olunur.

Tacikistan səfiri “ASAN xidmət” modelindən yüksək təəssürat aldığını qeyd edərək, bu təcrübənin ölkəsində də tətbiqi ilə maraqlandığını bildirib. O, həmçinin Pakistanda “ASAN xidmət” modeli əsasında yaradılmış “Pakistan ASAN xidmət” mərkəzinin açılışı ilə bağlı təbriklərini çatdırıb.

Görüş zamanı qonaqlar “ASAN xidmət” mərkəzinin fəaliyyətini, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzini, Səyyar ASAN xidmət layihəsini, “ABAD” publik hüquqi şəxsi və “Bilim Bakı” mərkəzini də tanıyıblar.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol