“Telegram”ın həmtəsisçisi Rusiyada ömürlük həbs cəzasına məhkum edilə bilər
29 İyul 2026 11:44   Paylaş

“Telegram” sosial platformasının həmtəsisçisi Pavel Durov Rusiyada terror fəaliyyətinə kömək etməkdə ittiham olunur.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

FTX iddia edir ki, RF hakimiyyət orqanlarının tələblərinə baxmayaraq, “Telegram”ın administrasiyası Ukrayna kəşfiyyat orqanları, həmçinin terrorçu və ekstremist təşkilatlar tərəfindən Rusiyada təxribat və terror, kütləvi qətl və kiberfırıldaqçılıq aktlarının hazırlanması və əlaqələndirilməsi üçün istifadə edilən çoxsaylı kanalları, çatları və botları silməyib.

Rusiya FTX əlavə edib ki, “Roskomnadzor” əvvəllər “Telegram” administrasiyasına qanunsuz məzmunların silinməsi üçün 150 mindən çox sorğu göndərib və iddialara görə, həmin müraciətlərə baxılmayıb.

Vəkil Vladimir Jerebenkov TASS agentliyinə bildirib ki, Pavel Durov təqsirkar bilinərsə, ona ömürlük həbs cəzası verilə bilər.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol