Şuşada Türk Dövlətləri Təşkilatı Ölkələrinin Rəqabət Forumu keçirilir
13 İyun 2026 09:26   Paylaş

Şuşada Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatı Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin Rəqabət Forumu keçirilir.

"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan və Şimali Kipr Türk Cümhuriyyətinin rəqabət qurumlarının rəhbərləri və yüksək vəzifəli təmsilçiləri, Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini, eləcə də aidiyyəti dövlət qurumlarının və özəl sektorun nümayəndələri iştirak edirlər.

Forumda rəsmi hissədən sonra “Rəqabət siyasətinin formalaşdırılması TDT-nin hərəkətverici qüvvələrindən biri kimi: regional əməkdaşlıq” mövzusunda panel müzakirəsi aparılacaq.

Bu gün, həmçinin Türk Dövlətləri Təşkilatı Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü iclası keçiriləcək.

News about -   Şuşada Türk Dövlətləri Təşkilatı Ölkələrinin Rəqabət Forumu keçirilir



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol