Şuşada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Qanlı Yanvar hadisələrindən 36 il ötür. 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixində həm faciəli, həm də xalqımızın qəhrəmanlıq səhifəsi kimi yadda qalıb.
"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, Şuşa şəhərinin mərkəzi meydanında saat 12:00-da 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Anım mərasimində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov, Xüsusi Nümayəndəliyin və Qoruq İdarəsinin əməkdaşları, Şuşa rayonunun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrinin rəhbərləri, eləcə də məktəblilər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





