Suqovuşanda mina partlayışı: bir nəfər xəsarət alıb
Ağdərənin Suqovuşan ərazisində baş verən partlayış zamanı bir nəfərin xəsarət aldığı bildirilib.
"Stabil.az" xəbər verir ki, hadisə rayonun Suqovuşan kəndi ərazisində qeydə alınıb.
Belə ki, Məhərrəmov Mahir Abdulla oğlu qulançar yığan zaman piyada əleyhinə minaya düşüb.
Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətlərinin yaydığı məlumata görə, 1982-ci il təvəllüdlü Ağdərə rayonunun Hacıqərvənd kənd sakini Məhərrəmov Mahir Abdulla oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə mina partlayışı nəticəsində sağ ayağından xəsarət alıb.
Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
Hər üç qurum bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırıb.
Qeyd edək ki, İkinci Qarabağ müharibəsindən sonra mina çirklənməsi səbəbindən ümumilikdə 421 azərbaycanlı mina qurbanı olub, onlardan 72 nəfər həlak olub.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə




