Sudanda münaqişədən sonra Xartuma ilk sərnişin təyyarəsi enib
2 Fevral 2026 09:12   Paylaş

Sudanın paytaxtı Xartumda yerləşən Xartum Beynəlxalq Hava Limanına 1023 gündən sonra ilk dəfə sərnişin təyyarəsi eniş edib.

"Stabil.az" xəbər verir ki, bu barədə Sudanın rəsmi xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, hava limanı şərqi Sudanın Port Sudan şəhərindən uçuş həyata keçirən Sudan Hava Yollarına məxsus sərnişin təyyarəsini qəbul edib.

Qeyd olunur ki, 2023-cü il aprelin 15-də Sudan ordusu ilə Çevik Dəstək Qüvvələri (RSF) arasında toqquşmaların başlamasından sonra ilk dəfə paytaxt Xartuma sərnişin reysi həyata keçirilib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol