Stolüstü tennisçilərimiz Tacikistanda “Prezident Kuboku”na qatılacaq
20 May 2026 12:56   Paylaş

Azərbaycanın stolüstü tennisçiləri mayın 21-də Tacikistanın paytaxtı Düşənbədə start götürəcək “Prezident Kuboku”nda mübarizə aparacaqlar.

"Stabil.az" bu barədə Azərbaycan Stolüstü Tennis Federasiyasına istinadən məlumat verib.

Baş məşqçi Mixail Timofeyevin rəhbərliyi altında Arzu Aslanova, Xədicə Əbilzadə, Şəbnəm Mansurova, Onur Quluzadə, Nihad Məmmədov və Hilal Həsənov etimadı doğrultmağa çalışacaqlar.

Beynəlxalq yarışa mayın 24-də yekun vurulacaq.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol