Stiv Uitkoff: Ukrayna danışıqlarında mühüm irəliləyişlər var
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiya‑Ukrayna müharibəsinin yekunlaşdırılması üzrə aparılan danışıqlarda əhəmiyyətli irəliləyişlərin olduğunu açıqlayıb.
"Stabil.az" xəbər verir ki, o, Cenevrədə keçirilən üçtərəfli müzakirələrin ilk günündən sonra "X" sosial şəbəkəsində paylaşım edib.
Uitkoff qeyd edib ki, ABŞ Ukrayna və Rusiya ilə danışıqların üçüncü raundunda "moderator" rolunda çıxış edib:
"Bugünkü görüşlər zamanı göstərdiyi qonaqpərvərlik üçün İsveçrə Konfederasiyasına təşəkkür edirik. Prezident Trampın müharibənin hər iki tərəfini yaxınlaşdırmaqda əldə etdiyi uğur əhəmiyyətli irəliləyişə gətirib çıxardı və biz bu dəhşətli münaqişədə qətllərin dayandırılması üçün onun rəhbərliyi altında işləməkdən qürur duyuruq. Tərəflər öz liderlərini məlumatlandırmaq və razılaşmaya nail olmaq üçün işi davam etdirmək barədə razılığa gəliblər", – Uitkoff yazıb.
Xatırladaq ki, Cenevrədə ABŞ, Ukrayna və Rusiya arasında danışıqların növbəti raundu keçirilib. Daha sonra "Axios" portalı mənbələrə istinadən danışıqların Rusiya nümayəndə heyətinin rəhbəri, prezidentin köməkçisi Vladimir Medinskinin mövqelərinə görə dalana dirəndiyi barədə məlumat yayıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





