Starmer və Tramp Yaxın Şərqdəki vəziyyət barədə fikir mübadiləsi aparıblar
9 Mart 2026 11:52   Paylaş

ABŞ Prezidenti Donald Tramp ilə Birləşmiş Krallığın Baş naziri Kir Starmer arasında telefon danışığı baş tutub.

"Stabil.az" xəbər verir ki, bu barədə Baş Nazirliyin Ofisi - Dauninq Strit məlumat yayıb. Bildirilib ki, liderlər ilk olaraq Yaxın Şərqdəki son vəziyyəti, həmçinin ABŞ ilə Böyük Britaniya arasında hərbi əməkdaşlığı müzakirə ediblər.

Telefon danışığı zamanı Baş nazir ABŞ hərbçilərinin həlak olması ilə bağlı Prezident Donald Trampa və Amerika xalqına dərin hüznlə başsağlığı verib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha öncə özünün “Truth Social” platformasında Böyük Britaniyanın Yaxın Şərqə aviadaşıyıcı gəmilər göndərməsinə ehtiyac olmadığını bildirmişdi.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol