Şri-Lankada məktəbli avtobusu qəzaya düşüb, 34 məktəbli yaralanıb
Şri-Lankanın mərkəzi bölgəsində avtobus qəzası nəticəsində 34 məktəbli xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
"Stabil.az" Sinxua agentliyinə istinadla xəbər verir ki, hadisə ölkənin mərkəzi əyalətində səhər saatlarında baş verib.
Polisin məlumatına görə, məktəbliləri daşıyan özəl avtobusun əyləc sistemində nasazlıq yaranıb. Sürücü nəqliyyat vasitəsini saxlamaq məqsədilə onu yol kənarındakı səkiyə çırpıb. Nəticədə xəsarət alan şagirdlər regional xəstəxanalara yerləşdiriliblər.
Hadisə ilə bağlı araşdırma aparılır.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





