Şri-Lankada həbsxana iğtişaşlarında ölənlərin sayı 25-ə çatıb
Neqombodakı (Şri-Lanka) həbsxanada baş verən iğtişaşlar nəticəsində ölənlərin sayı 25-ə, yaralıların sayı isə 100-ə çatıb.
"Stabil.az" xəbər verir ki, bu barədə xarici media yerli polisə istinadən məlumat yayıb.
Ölənlər arasında 5 nəfər həbsxana əməkdaşıdır.
Bildirilib ki, gərginliyi azaltmaq məqsədilə məhbusların Neqombodakı həbsxanadan digər cəzaçəkmə müəssisələrinə köçürülməsi üçün tədbirlər görülür.
İğtişaşlar iyulun 5-i saat 13:00 radələrində başlayıb, daha sonra vəziyyəti nəzarət altına almaq mümkün olub. Lakin bu gün səhər saatlarında zorakılıq yenidən alovlanıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





