Şri-Lankada denge virusuna yoluxanların sayı 52 mini ötüb
Şri-Lankada cari ilin əvvəlindən denge virusuna 52 mindən çox yoluxma qeydə alınıb, xəstəlik nəticəsində 31 nəfər ölüb.
"Stabil.az" xəbər verir ki, bu barədə ölkənin səhiyyə qurumları açıqlama verib. Bildirilib ki, yoluxmaların artımı əsasən denge virusunun DENV-2 ştammının yayılması və ağcaqanadların çoxalması ilə əlaqəlidir.
Qeyd edilib ki, hazırda ölkədə təsdiqlənmiş yoluxmaların təxminən 75 faizini DENV-2 təşkil edir. Əvvəlki illərdə üstünlük təşkil edən DENV-3 ştammının payı isə 25 faizə düşüb.
Mütəxəssislər daşqınlar, yağışlı hava və tullantıların yığılması nəticəsində ağcaqanadların çoxalması üçün əlverişli şərait yarandığını qeyd ediblər.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





