SpaceX Nvidia-nın süni intellekt superkompüterlərini kosmosa göndərəcək
“SpaceX” şirkəti Nvidianın süni intellekt superkompüterlərini 2027-ci ildən kosmosa göndərməyə başlaya bilər.
"Stabil.az" xəbər verir ki, bunu “SpaceX” şirkətinin təsisçisi İlon Mask “X” sosial şəbəkəsində yazıb.
“Mən əminəm ki, “SpaceX” gələn il Nvidia VR NLV72 süni intellekt kompüterlərini kosmosa göndərəcək”, - deyə o bildirib.
Qeyd edək ki, Mask daha əvvəl süni intellekt modelləri üçün hesablama gücünün gələcəkdə Yer əvəzinə kosmosda yerləşdirilməsinin daha sərfəli ola biləcəyini bildirmişdi.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə




