Son iki gündə polis əməliyyatları nəticəsində 90 cinayət açılıb
Fevralın 28-i və martın 1-i ölkə üzrə 73 yeni və 17 əvvəlki dövrlərdən qalan cinayətin açılması polis tərəfindən təmin olunub.
"Stabil.az" Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, axtarışda olduğuna görə ümumilikdə 117, o cümlədən borclu şəxs qismində axtarışda olan 74, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 16 və dələduzluğa görə axtarışda olan 20 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Həmçinin narkotiklərlə əlaqədar 44 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 44,3 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 17 fakt müəyyən edilib. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 1 pulemyot, 1 qumbara, 18 tüfəng, 4 patron darağı və 69 ədəd patron aşkar edilərək götürülüb.
Cinayət törətməkdə şübhəli bilinən 68 nəfər də saxlanılıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





