Son altı ay ərzində Azərbaycanda 73 uşaq övladlığa verilib
Azərbaycanda bu ilin birinci yarısında (yanvar-iyun) 73 uşaq övladlığa verilib.
"Stabil.az" bu barədə Sosial Xidmətlər Agentliyinə istinadən məlumat verib.
Bundan başqa, həmin müddətdə 7 uşaq himayədar ailəyə verilib.
Qeyd edək ki, övladlığagötürmə sahəsində idarəetmə Nazirliyə həvalə olunduğu tarixdən (1 noyabr, 2019-cu il) bu günədək 891 uşaq övladlığa verilib.
2023-cü ilin noyabrından tətbiq edilən "Himayədar ailə" qayğı modeli çərçivəsində isə 82 uşaq himayədar ailələrdə yerləşdirilib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





