Somali ilə Azərbaycan arasında potensial əməkdaşlıq imkanları nəzərdən keçirilib
Türkiyədə “İstanbul Təbii Sərvətlər Zirvəsi” çərçivəsində energetika naziri Pərviz Şahbazovla Somalinin neft və mineral ehtiyatlar naziri Dahir Shire Mohamed arasında görüş keçirilib.
"Stabil.az" nazirliyə istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında neft və qaz sahələrində mövcud Anlaşma Memorandumunun icrası və Birgə İşçi Qrupunun təşkilindən irəli gələn məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Somalinin karbohidrogen ehtiyatları, Türkiyənin TPAO şirkəti ilə əməkdaşlığın cari vəziyyəti barədə məlumat verilib. Azərbaycanla potensial əməkdaşlıq imkanları nəzərdən keçirilib. Həmçinin Somalidən olan tələbələrin Azərbaycanda neft-qaz ixtisası üzrə təhsil almaları məsələsinə toxunulub.
Söhbət zamanı Somali tərəfi “Bakı Enerji Həftəsi”nə dəvət edilib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə




