SOCAR və Wood şirkəti rəqəmsallaşdırma və bərpaolunan enerji sahələrində əməkdaşlığı müzakirə edib
24 Fevral 2026 17:20   Paylaş

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Böyük Britaniyanın "Wood" şirkəti bərpaolunan enerji və rəqəmsallaşdırma sahələrində əməkdaşlıq imkanlarını müzakirə ediblər.

"Stabil.az" SOCAR-a istinadən xəbər verir ki, bu barədə müzakirələr SOCAR-ın prezidenti Rövşən Nəcəfin "Wood" şirkətinin icraçı prezidenti Stiv Nikol ilə görüşündə aparılıb.

Görüşdə tərəflər arasında uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olunub, birgə həyata keçirilən layihələrin icra vəziyyəti müzakirə edilib.

Söhbət zamanı SOCAR-ın ölkə daxilində və xaricdə həyata keçirdiyi layihələr, eləcə də "midstream", "upstream", "downstream" sahələrində əməkdaşlıq imkanları da nəzərdən keçirilib.

Bundan başqa, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol