SOCAR və “TotalEnergies” Cənub Qaz Dəhlizinin strateji əhəmiyyətini müzakirə edib
3 Mart 2026 14:07   03 Mar 2026 14:16 Paylaş

SOCAR-ın prezidenti Rövşən Nəcəf Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuralarının iclasları çərçivəsində “TotalEnergies”in baş vitse-prezidenti Martina Oppizi ilə görüş keçirib.

"Stabil.az" SOCAR-a istinadən xəbər verir ki, görüşdə Azərbaycanın təşəbbüsü ilə icra olunan enerji layihələrinin, o cümlədən Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyində önəmi qeyd olunub. Tərəflər birgə həyata keçirilən layihələrin icra vəziyyətini, o cümlədən “Abşeron” qaz-kondensat yatağında əməliyyat fəaliyyətinin nəticələrini və yatağın tammiqyaslı işlənməsi ilə bağlı görülən işləri nəzərdən keçiriblər.

Söhbət zamanı enerji təhlükəsizliyi, rəqəmsallaşma, dayanıqlı inkişaf prioritetləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol