SOCAR və “Özbəkneftqaz” “Üstyurt” layihəsində əməkdaşlığı müzakirə edib
9 Aprel 2026 19:15   10 Apr 2026 00:32 Paylaş

Özbəkistanda səfərdə olan SOCAR-ın vitse-prezidenti Arzu Cavadova “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri Abdugani Sanginov ilə görüşüb.

"Stabil.az" qurumun yaydığı məlumata istinadən xəbər verir ki, görüşdə Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığına uyğun olaraq şirkətlər arasında ikitərəfli əməkdaşlığın dinamik inkişafından məmnunluq ifadə olunub.

Tərəflər əlaqələrin cari vəziyyətinə və inkişaf perspektivlərinə dair müzakirələr aparıblar.

Söhbət zamanı “Üstyurt” kəşfiyyat sahəsində geoloji kəşfiyyat üzrə birgə layihənin icrası istiqamətində görülən işlər nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol