SOCAR və BYD müasir texnoloji həllərin tətbiqi sahəsində birgə əməkdaşlığı nəzərdən keçirib
SOCAR-ın prezidenti Rövşən Nəcəf BYD şirkətinin xarici əlaqələr və yeni biznesin inkişafı üzrə rəhbəri Peter Siyarto ilə görüş keçirib.
"Stabil.az" xəbər verir ki, görüşdə SOCAR-ın "yaşıl enerji" gündəliyi, o cümlədən tərəfdaşlarla birgə həyata keçirilən bərpa olunan enerji layihələri barədə məlumat verilib.
Söhbət zamanı bərpa olunan enerji texnologiyalarının sənaye proseslərinə inteqrasiyası və müasir texnoloji həllərin tətbiqi sahəsində birgə əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə




