SOCAR və bp üçüncü ölkələrdə birgə layihələri müzakirə edib
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və bp üçüncü ölkələrdə müxtəlif layihələrdə ortaq iştirak imkanlarını nəzərdən keçiriblər.
"Stabil.az" SOCAR-a istinadən xəbər verir ki, bu barədə müzakirələr SOCAR-ın prezidenti Rövşən Nəcəfin bp-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel ilə görüşündə aparılıb.
Görüşdə SOCAR ilə bp arasında uzun illərdir davam edən uğurlu əməkdaşlıq məmnunluqla qeyd edilib, birgə icra olunan layihələrin önəmi vurğulanıb. Bu xüsusda, "upstream" layihələri, o cümlədən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) və NAG (Sərbəst Qaz), "Şahdəniz kompressiya", "Qarabağ", "Əşrəfi-Dan Ulduzu-Aypara" (ƏDUA) və "Şəfəq-Asiman" layihələri üzrə görülən işlər müzakirə olunub.
Söhbət zamanı "midstream" və bərpaolunan enerji layihələri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə




