SOCAR Türkiyə şirkətlər qrupu “2025 İxracatın Ulduzları” mükafatına layiq görülüb
1 Aprel 2026 17:20   02 Apr 2026 10:05 Paylaş

İstanbul Kimyəvi Maddələr və Məhsulları İxracatçıları Birliyi (İKMİB) tərəfindən “2025 İxracatın Ulduzları” mükafatlarının təqdimetmə mərasimi keçirilib.

"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, mükafatın “Mineral Yanacaqlar” kateqoriyası üzrə bu il də SOCAR Türkiyə şirkətlər qrupundan “STAR Rafineri” 1-ci, “SOCAR Petrol Ticarət” isə 2-ci yerə layiq görülüb.

Mükafatlar Türkiyənin ticarət naziri Ömer Bolat tərəfindən SOCAR “Türkiyə Rafineri və Petrokimya” İş bölməsinin ticarət üzrə sədr müavini Ziya Kangarlıya təqdim edilib.

News about -  SOCAR Türkiyə şirkətlər qrupu “2025 İxracatın Ulduzları” mükafatına layiq görülüb



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol