SOCAR "TotalEnergies" və XRG ilə "Abşeron" yatağının tammiqyaslı işlənməsini müzakirə edib
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), "TotalEnergies" və XRG şirkətləri arasında "Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi layihəsi üzrə görülən işləri nəzərdən keçirilib.
"Stabil.az" SOCAR-a istinadən xəbər verir ki, bu barədə müzakirələr "Bakı Enerji Həftəsi" çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəf, "TotalEnergies" şirkətinin baş vitse-prezidenti Martina Opizzi və XRG şirkətinin Beynəlxalq qaz məsələləri üzrə prezidenti Məhəmməd Əl Əryani arasında keçirilən görüşdə aparılıb.
Görüşdə SOCAR, "TotalEnergies" və XRG şirkətləri arasında enerji sektorunda uğurla həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə edilib.
Bu xüsusda, SOCAR, TotalEnergies, XRG və BOTAŞ arasında Abşeron qaz-kondensat yatağından Türkiyəyə uzunmüddətli qaz təchizatı ilə bağlı sazişin imzalanmasının əhəmiyyəti qeyd olunub.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





