SOCAR qeyri-neft ixracından yanvarda 14,4 milyon dollar qazanc əldə edib
3 Mart 2026 17:08   Paylaş

Bu ilin yanvar ayında SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 14,4 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsul ixrac edib.

"Stabil.az"ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın yanvar sayında bildirilir.

Qeyd edilir ki, bu, 2025-ci ilin yanvar ayı ilə müqayisədə 24,3 milyon ABŞ dolları və ya 2,7 dəfə azdır.

Yanvarda Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı əvvəlki ilin eyni dövrünə nisbətən 9 % artaraq 268,4 milyon ABŞ dolları təşkil edib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol