SOCAR Polymer məhsul istehsalını 33% artıraraq 97 min tona çatdırdı
18 Fevral 2026 17:10   Paylaş

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi olan “SOCAR Polymer” 2025-ci ildə 97 min ton hazır məhsul istehsal edib.

"Stabil.az" "SOCAR Polymer"ə istinadən xəbər verir ki, istehsal həcmi 2024-cü il illə müqayisədə 33 % artıb.

Ötən il zavodun istehsal etdiyi məhsulun 78,4 %-i və yaxud 76 min tonu Türkiyə və Avropa bazarlarına ixrac edilib, qalanı yerli bazara yönəldilib.

"SOCAR Polymer"in Yüksək Sıxlıqlı Polietilen (YSPE) Zavodu 18 fevral 2019-cu ildə istismara verilib. YSPE bu gün qeyri-neft sənayesinin, kiçik və orta biznes subyektlərinin inkişafına, ixrac potensialının artmasına və iqtisadiyyatın şaxələndirilməsinə mühüm töhfə verir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol