SOCAR-ın rəqəmsallaşma strategiyası beynəlxalq mükafatla təsdiqlənib
21 Yanvar 2026 14:30   Paylaş

“SOCAR Karbamid” zavodu Dünya İqtisadi Forumunun “Rəqəmsal mayak” (Digital Lighthouse Award) mükafatına layiq görülüb.

"Stabil.az" APA-ya istinadən xəbər verir ki, SOCAR-ın rəqəmsallaşma üzrə baş inzibatçısı Murad Abdullayev bu barədə azərbaycanlı jurnalistlərə açıqlama verib. O bildirib ki, indiyədək dünyada 250 şirkət bu nüfuzlu mükafata layiq görülüb.

Murad Abdullayev qeyd edib ki, SOCAR “Digital Lighthouse Award” mükafatını 3 dəfə qazanan dünyada yeganə enerji şirkətidir. Onun sözlərinə görə, bu nailiyyət SOCAR-da həyata keçirilən sistematik rəqəmsal transformasiyanın düzgün istiqamətdə aparıldığını göstərir.

“Rəqəmsal transformasiyada əldə etdiyimiz uğurların əsas səbəbi ondan ibarətdir ki, biz bu prosesi təkcə texnologiya və ya layihə tətbiqi kimi deyil, şirkətin strategiyası və uzunmüddətli hədəflərinə uyğun şəkildə həyata keçiririk. Əsas məqsədlərimiz səmərəliliyin artırılması, yaşıl enerjiyə keçid və əməkdaşlarımızın yeni texnologiyalardan istifadə bacarıqlarının inkişaf etdirilməsidir”, – deyə o vurğulayıb.

Qeyd edək ki, dünən Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda iştirakı çərçivəsində “SOCAR Karbamid” zavoduna Dünya İqtisadi Forumunun “Rəqəmsal mayak” mükafatı təqdim olunub.

“SOCAR Karbamid” Azərbaycanda bu mükafata layiq görülən ilk sənaye müəssisəsi olmaqla yanaşı, SOCAR isə dünyada 3 “Digital Lighthouse Award” mükafatına sahib olan yeganə enerji şirkətidir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol