SOCAR-ın qeyri-neft ixracından gəliri 49 milyon dolları ötüb
Bu ilin yanvar-aprel aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 49 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsul ixrac edib.
"Stabil.az"ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın may sayında bildirilir.
Bildirilir ki, bu, 2025-ci ilin 4 ayı ilə müqayisədə 91 milyon ABŞ dolları və ya 2,9 dəfə azdır.
Ötən 4 ayda Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracı əvvəlki ilin eyni dövrünə nisbətən 13 % artaraq 1,1 milyard ABŞ dolları təşkil edib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





