SOCAR-ın qeyri-neft ixracı 5 ayda 84 milyon dolları ötüb
1 İyul 2026 15:44   Paylaş

Cari ilin ilk beş ayında SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi qeyri-neft məhsullarının ixracından 84,6 milyon ABŞ dolları həcmində gəlir əldə edib.

"Stabil.az"ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın iyun sayında bildirilir.

Bildirilir ki, bu, 2025-ci ilin 5 ayı ilə müqayisədə 99,3 milyon ABŞ dolları və ya 2,2 dəfə azdır.

5 ay ərzində Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 16,6 % artaraq 1,5 milyard ABŞ dolları təşkil edib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol