SOCAR-ın Qaz İxrac İdarəsi qeyri-neft ixracını 21%-dən çox artırıb
30 Aprel 2026 14:28   Paylaş

Bu ilin yanvar-mart aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsi 2,8 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsul ixrac edib.

"Stabil.az"ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın aprel sayında bildirilir.

Hesabata əsasən, bu, 2025-ci ilin 3 ayı ilə müqayisədə 0,5 milyon ABŞ dolları və ya 21,7 % çoxdur.

Ötən 3 ayda Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracı əvvəlki ilin eyni dövrünə nisbətən 11,7 % artaraq 862 milyon ABŞ dolları təşkil edib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol