SOCAR ilə “Karpowership” arasında beynəlxalq bazarlarda birgə fəaliyyət imkanları nəzərdən keçirilib
23 Sentyabr 2026 23:46   24 Sep 2026 00:31 Paylaş

SOCAR-ın prezidenti Rövşən Nəcəf Türkiyənin “Karpowership” şirkətinin İdarə Heyətinin sədri Orhan Remzi Karadeniz ilə görüşüb.

"Stabil.az" qurumun yaydığı məlumata istinadən xəbər verir ki, görüşdə qonaqlara SOCAR-ın qlobal genişlənmə strategiyası, müxtəlif ölkələrdə həyata keçirdiyi layihələr barədə məlumat verilib.

Beynəlxalq fəaliyyət coğrafiyasını genişləndirən SOCAR-ın enerji dəyər zəncirinin müxtəlif istiqamətləri üzrə strateji tərəfdaşlıqlar qurmağa və investisiya portfelini şaxələndirməyə xüsusi önəm verdiyi qeyd olunub.

Söhbət zamanı SOCAR ilə “Karpowership” arasında beynəlxalq bazarlarda birgə fəaliyyət imkanları, o cümlədən elektrik enerjisi istehsalı, enerji infrastrukturu, yeni enerji həlləri və qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə mümkün əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol