SOCAR IE Liderlik və İnnovasiya Mərkəzini əhəmiyyətli layihə kimi qiymətləndirir
IE Liderlik və İnnovasiya Mərkəzi kimi layihələrin bəhrəsini və nəticələrini qarşıdakı onilliklər ərzində görəcəyik.
"Stabil.az" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf IE Liderlik və İnnovasiya Mərkəzinin yaradılması üzrə Anlaşma Memorandumunun imzalanma mərasimində çıxışı zamanı bildirib.
“İspaniyanın IE Universiteti innovasiya, sahibkarlıq və bilik sahəsində qlobal universitetlərdəndir. Bu universitetin onilliklər ərzində nailiyyətləri nümunədir. Azərbaycan gəncləri bu istiqamətdə bilikləri ölkəmizdə əldə edə biləcəklər. Ümid edirik ki, IE daxil olmaqla, digər ali təhsil ocaqları ilə bu əməkdaşlığı gələcəkdə daha da genişləndirəcəyik. SOCAR bu təşəbbüsə vacib, irimiqyaslı və əhəmiyyətli layihə kimi yanaşacaq”, - deyə R.Nəcəf qeyd edib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





