SOCAR-dan qeyri-neft ixracında milyonluq göstərici
6 Aprel 2026 16:19   Paylaş

Şirkətin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi yanvar-fevral aylarında 27,4 milyon dollar dəyərində qeyri-neft məhsulu ixrac edib.

"Stabil.az"ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın mart sayında bildirilir.

Bildirilir ki, bu, 2025-ci ilin iki ayı ilə müqayisədə 43 milyon ABŞ dolları və ya 2,6 dəfə azdır.

Ötən 2 ayda Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracı əvvəlki ilin eyni dövrünə nisbətən 19,7 % artaraq 580,1 milyon ABŞ dolları təşkil edib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol