SOCAR altı ayda 120 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib
29 İyul 2026 17:44   Paylaş

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi cari ilin yanvar-iyun aylarında 120 milyon dollar dəyərində qeyri-neft məhsulu ixrac edib ki, bu da ötən ilin eyni dövründən 43,3 faiz azdır.

"Stabil.az" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın iyul sayında bildirilib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin ixrac gəlirləri 211,6 milyon dollar olub.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol