SOCAR 2025-ci ilin neft ixrac həcmini açıqlayıb
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2025-ci ildə xarici bazarlara 16 milyon 65 min 728 ton neft ixrac edib.
“Stabil.az” xəbər verir ki, bu barədə məlumat SOCAR-ın 2025-ci ilin yekunlarına dair açıqladığı qazma, hasilat, emal və ixrac göstəricilərində yer alıb.
Məlumata görə, bu göstərici 2024-cü illə müqayisədə 530 min 672 ton və ya 3,2 % azdır.
İxrac həcminə həm şirkətin öz imkanları ilə çıxardığı neft, həm də Azərbaycanda fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin dövlətə və SOCAR-a məxsus mənfəət payları daxildir.
Qeyd edək ki, 2024-cü ildə SOCAR 16 milyon 596 min 400 ton neft ixrac edib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





