Sloveniyalı basketbolçu NBA-da tarixi nəticəyə imza atıb
“Los Anceles Leykers”in basketbolçusu Luka Donçiç Milli Basketbol Assosiasiyasında (NBA) klub rekorduna imza atıb.
"Stabil.az" xarici KİV-ə istinadən xəbər verir ki, sloveniyalı oyunçu turnirdə ən tez 2000 xala çatan basketbolçu olub. 26 yaşlı Donçiç bu göstəriciyə cəmi 65 oyunda nail olaraq, Corc Maykenin 72 oyunluq rekordunu yeniləyib.
Donçiç bu gün “Çikaqo”ya qarşı matçda (129:118) 46 xal və 11 məhsuldar ötürmə ilə diqqət çəkib.
Qeyd olunur ki, Luka Donçiç 2025-ci ildən bəri “Los Anceles Leykers”də çıxış edir.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





