Slovakiyaya “Drujba” kəməri ilə neft tədarükü bərpa edilib
23 Aprel 2026 17:50   Paylaş

Üç aylıq fasilədən sonra Slovakiyaya “Drujba” kəməri vasitəsilə neft tədarükü bərpa edilib.

"Stabil.az" xəbər verir ki, CTK agentliyi bu barədə Slovakiyanın iqtisadiyyat naziri Denisa Sakovaya istinadla məlumat yayıb.

Məlumata görə, xam neft ölkəyə cümə axşamı yerli vaxtla saat 02:00-dan etibarən daxil olmağa başlayıb.

Xatırladaq ki, Ukrayna yanvarın 27-də “Drujba” kəməri ilə Macarıstan və Slovakiyaya neft nəqlini dayandırıb. Nəticədə Slovakiyanın Baş naziri Robert Fitso boru kəməri bərpa olunanadək Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyalarını bloklayacağını bildirib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol