Slovakiya Ukraynaya dizel ixracını dayandırdı
Slovakiyanın Baş naziri Robert Fitso bu barədə müvafiq göstəriş verib. Qərara əsasən, Ukraynaya dizel yanacağının ixracı dayandırılıb.
"Stabil.az" xəbər verir ki, bu barədə Slovakiya hökumətinin rəsmi saytı məlumat yayıb.
Buna "Drujba" kəməri ilə neft nəqlinin dayandırılması səbəb kimi göstərilib.
Eyni zamanda, Baş nazir təklif edib ki, ekspertlərdən ibarət qrup Ukraynanın Lvov bölgəsindəki "Drujba" kəmərinin zədələnmiş hissəsini yerində yoxlasın.
Fitso Ukraynanın indiyə qədər insidentlə bağlı heç bir məlumat vermədiyini və buna görə də səfirin Kiyevə vəziyyəti aydınlaşdırmaq üçün müraciət etdiyini açıqlayıb.
Qeyd edək ki, bu gün Macarıstan da Ukraynaya dizel tədarükünü dayandırıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





