Slovakiya Milli Şurasının sədri ölkəmizə səfərə gəlib
12 May 2026 23:58   13 May 2026 02:28 Paylaş

Mayın 12-də Slovakiya Respublikası Milli Şurasının sədri Rixard Raşi ölkəmizə rəsmi səfərə gəlib.

"Stabil.az" Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadla xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı və onun rəhbərlik etdiyi nümayəndə heyətini Milli Məclisin sədr müavini Musa Qasımlı, Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anar Məmmədov, Slovakiyanın Azərbaycandakı səfiri Elçin Qasımov və protokol əməkdaşları qarşılayıblar.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol