Sinqapurda Azərbaycan səfirinin etimadnamə təqdimatı baş tutub
Sinqapur Respublikasına təyin olunmuş səfir Ramil Rzayev Sinqapur Prezidenti Tarman Şanmuqaratnamaya etimadnaməsini təqdim edərək ölkələrarası münasibətlərin inkişafına töhfə verib.
"Stabil.az" səfirliyə istinadən xəbər verir ki, İstana Prezident Sarayında baş tutan mərasimdən sonra keçirilən görüşdə səfir Ramil Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını Sinqapurun dövlət başçısına çatdırıb.
Prezident Tarman Şanmuqaratnam öz növbəsində səmimi salamlarının və xoş arzularının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.
Görüşdə iki ölkə arasında siyasi dialoq, iqtisadi-ticari əməkdaşlıq, investisiya, enerji, nəqliyyat, rəqəmsal inkişaf, turizm və digər istiqamətlər üzrə əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə olunub.
Səfir Azərbaycan ilə Ermənistan arasında davam edən normallaşma və sülh prosesi barədə ətraflı məlumat verib.
Görüşün fotolarını Sinqapurun Rəqəmsal İnkişaf və İnformasiya Nazirliyi təqdim edib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





