Sibiqa: Qara dənizdə Azərbaycan vətəndaşlarının həlak olması bizi dərindən kədərləndirib
6 Avqust 2026 12:50   06 Aug 2026 16:12 Paylaş

Qara dənizdə Azərbaycan vətəndaşlarının həlak olması və yaralanması ilə əlaqədar dərin kədər hissi keçirik.

"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri çərçivəsində keçirilən mətbuat konfransında Ukraynanın xarici işlər naziri Andrey Sibiqa deyib.

Nazir həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralananlara isə tezliklə şəfa diləyib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol