Seutaya keçid zamanı ölən miqrantların sayı 88 nəfərə çatıb
3 Avqust 2026 12:23   Paylaş

Mərakeşdən İspaniyanın Seuta şəhərinə qanunsuz keçməyə cəhd edərkən ölən miqrantların sayının 88 nəfərə çatdığı bildirilib.

"Stabil.az" xəbər verir ki, bu barədə İspaniya mediası yerli hakimiyyət orqanlarının məlumatlarına istinadən bildirib.

Bildirilib ki, əksər hallarda ölümün səbəbi suda boğulmadır.

Yerli hakimiyyət orqanları 200 yerlik müvəqqəti morq yaradıblar və meyitlər buraya gətirilir.

Dövlət təhlükəsizlik qüvvələrinin məlumatına görə, təxminən 73 500 miqrant Seutanı tərk edib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol