Seutadakı miqrantların böyük hissəsi Mərakeşə qayıdıb
4 Avqust 2026 21:48   Paylaş

İspaniyanın daxili işlər naziri Fernando Qrande-Marlaska Seutaya daxil olan 72 min miqrantın 70 mininin geri qaytarıldığını açıqlayıb.

"Stabil.az" xəbər verir ki, bu barədə "El Pais" qəzeti məlumat yayıb.

Nazirin sözlərinə görə, Aİ ölkələri Seutadakı miqrasiya böhranı zamanı İspaniya hökumətinin atdığı addımların effektiv olduğunu qəbul ediblər.

Marlaska həmçinin bildirib ki, İspaniya kəşfiyyat xidmətləri bu cür hadisələrin təkrarlanma ehtimalı barədə xəbərdarlıq almayıblar.

Aİ ölkələri miqrantların Seutaya kütləvi gəlişindən sonra aşkarlama və erkən xəbərdarlıq sistemlərini təkmilləşdirməklə bağlı razılığa gəlib və İspaniya ilə həmrəyliklərini ifadə ediblər.

İspaniya hökuməti həmçinin Seutada yetkinlik yaşına çatmayan miqrantlara yardım göstərmək üçün əlavə 25 milyon avro vəsaitin ayrıldığını elan edib.

Miqrantların kütləvi axını nəticəsində həlak olanların sayı 75 nəfərə çatıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol