Seutada baş verən hadisələrdə 11 miqrant həyatını itirib
3 Avqust 2026 10:54   03 Aug 2026 12:16 Paylaş

Mərakeş Daxili İşlər Nazirliyi İspaniyanın Seuta şəhəri yaxınlığında baş verən hadisələr nəticəsində 11 miqrantın öldüyünü açıqlayıb.

"Stabil.az" xəbər verir ki, bu barədə Mərakeş Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, kütləvi miqrant axını zamanı bir nəfər uçurumdan yıxılaraq həlak olub, daha 10 nəfər isə boğularaq həyatını itirib.

Daha əvvəl İspaniya hökumətinin Seutadakı nümayəndəsi Migel Anxel Peres bildirib ki, kütləvi miqrant keçidindən sonra anklavda asayişin təmin edilməsi məqsədilə əraziyə təxminən 3 min təhlükəsizlik əməkdaşı cəlb olunub.

“El País” qəzeti yazıb ki, Seutada yaranmış vəziyyət Avropada miqrasiya böhranı fonunda siyasi fikir ayrılıqlarını daha da dərinləşdirib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol