Seul yaxınlığında hərbi helikopter qəzaya düşdü
Cənubi Koreyada hərbi helikopterin qəzaya uğraması nəticəsində iki nəfər ağır xəsarət alıb.
"Stabil.az" xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə Gyeonggi əyalətinin Qapyeong qraflığı ərazisində baş verib. Helikopter Seuldan təxminən 55 kilometr şimal-şərqdə qəzaya düşüb.
Agentliyin məlumatına əsasən, helikopterin göyərtəsində olan iki nəfər ağır yaralanıb və onlara təcili tibbi yardım göstərilməsi üçün tibb müəssisəsinə aparılıb.
Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





