Səudiyyə Ərəbistanında East-West neft kəmərinə PUA ilə hücum edilib
8 Aprel 2026 18:26   Paylaş

Səudiyyə Ərəbistanında Qırmızı dəniz vasitəsilə neft ixracı üçün istifadə olunan "East-West" boru kəmərinə pilotsuz uçuş aparatı ilə zərbə endirilib.

"Stabil.az" xəbər verir ki, bu barədə "The Financial Times" nəşri mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, PUA neft nasos stansiyalarından birini vurub. Zərərin miqyası hazırda qiymətləndirilir.

Uzunluğu 1,2 min km olan bu boru kəməri Hörmüz boğazında gəmiçiliyin dayandırılmasından sonra Səudiyyə Ərəbistanı üçün həyati əhəmiyyət kəsb edib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol