Səudiyyə Ərəbistanı, Türkiyə və Misirin XİN rəhbərləri İslamabada səfər edəcəklər
28 Mart 2026 14:41   28 Mar 2026 17:59 Paylaş

Səudiyyə Ərəbistanı, Türkiyə və Misirin xarici işlər nazirləri Feysal ibn Fərhan Əl Səud, Hakan Fidan və Bədr Əbdüləti martın 29-30-da İslamabadda görüşəcəklər.

"Stabil.az" bu barədə Pakistan XİN-ə istinadən xəbər verir.

Qeyd edilir ki, səfər Pakistan Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Darın dəvəti ilə baş tutacaq.

"Səfər çərçivəsində xarici işlər nazirləri regionda (Yaxın Şərq - red.) gərginliyin azaldılması səyləri də daxil olmaqla, geniş spektrli məsələlərə dair ətraflı müzakirələr aparacaqlar. Onlar həmçinin baş nazirlə görüşəcəklər. Səfər Pakistanın bu ölkələrlə qarşılıqlı maraq kəsb edən bir çox istiqamətlərdə əməkdaşlığı və koordinasiyasının daha da gücləndirilməsinə töhfə verəcək", - XİN-in məlumatında deyilir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol